“Keşlə” klubu qış fasiləsində heyətdə ciddi islahatlar aparamaq fikrindədir.
Söhbət xüsusilə komandanın legioner futbolçularından gedir. Komandanın yeni təyin olunan idman direktoru Ceyhun Sultanov heyətdəki əcnəbi futbolçuların bir çoxunun səviyyəsinin aşağı olduğunu əsas gətirərək onların göndərilməsini tələb edib. Çox güman ki, bu futbolçuların bir çoxu ilə müqavilələr qarşılıqlı razılıq əsasında ləğv ediləcək. Qeyd edək ki, bir müddət öncə paytaxt klubu 3 legioerlə yollarını ayırmışdı.